1728-ci ildə «İrəvan əyalətinin icmal dəftəri»ndə Gərni nahiyəsinin Toğanşahlı kəndi kimi qeydə alınmışdır. Mənbələr bildirir ki, İrandan gətirilmiş ermənilərin kənddə yaşamasından sonra əhali Arazın o tayına, çox güman ki, Sürməli mahalının Toxanşahlı Qacar və Toxanşahlı Bayat kəndlərindəki soydaşlarına pənah aparmışdılar.
1873-cü ildən etibarən mənbələrdə Toxanşalı kimi qeyd olunan kəndin adı 1945-ci il avqustun 20-də dəyişdirilərək Masis qoyulmuşdur.
Mənbələrdə bildirilir ki, Azərbaycan ərazisində keçmişdə və indi dəfələrlə rast gəlinən (V əsrdə Albaniyanın arsax bölgəsində Dib-Toqan kəndi, XIII əsrdə yenə orada Toqan kəndi, Kəlbəcər rayonunda Toğanalı - su çayı, Xanlar rayonunda Toğanalı kəndi və s.) Toğan toponiminin türk mənşəli olmasına bariz nümunədir.
Adın etimologiyasına gələndə, tədqiqatçı-alim Əziz Ələkbərli qeyd edir ki, kəndin adındakı Toğan, Tuğlular, yəni bayrağı, hakimiyyəti olan, şahlı hissəsi isə saklı/şaqlı sözlərindən yaranmışdır. Bu mənada sözdəki hər iki komponent türk mənşəlidir.
Hazırladı: İsa Musayev