Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində yerləşən Siznək kəndi rayon mərkəzindən 4 km cənub-şərqdə, Oxçu çayının sol sahilindədir. Toponim Azərbaycan dilində "çən, duman" mənasında işlənən sis sözünə nək şəkilçisinin artırılmasından əmələ gəlmişdir. Sis sözü Siznək toponimində "siz" şəklinə düşmüşdür. Siznək kəndində 1979-cu il statistikasına görə 432 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci il noyabrın sonlarında azərbaycanlılar tamamilə deportasiya olundular.
İsa Musayev