İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunun İmirli kəndi rayon mərkəzindən 10 km məsafədə yerləşir. Abaran çayının sol sahilində yerləşən kənd erməni mənbələrində Əmirli kimi göstərilir. Mənbələrdə kəndin XVII əsrdə salındığı qeyd edilmişdir. Qafqazın 5 verstlik xəritəsində bu haqda qeydlər var. Toponim oğuzların eymur etnoniminə li şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Söz "eymurların (əmirlərin) yaşadığı kənd" mənasını ifadə edir. Mənbələrdə həmçinin oğuzların eymur tayfasının adı imir formasında da qeyd edilir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1950-ci il fərmanı ilə adı dəyişdirilərək Tsucur (Turşsu) qoyulmuşdur.
İsa Musayev