22.11.2024, 12:31
AZ EN
23.03.2023, 09:00 156

Qərbi Azərbaycan, Piri kəndi

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Gərnibasar mahalının düzənlik hissəsində, Dəlilər kəndi yaxınlığında olan Piri kəndində ancaq Azərbaycan türkləri yaşamışdır. "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1590) Karbi nahiyəsinin tərkibində Piri kəndi, "İrəvan əyalətinin icmal dəftəri"ndə (1728) isə Gərni nahiyəsində Dəlilər kəndi yaxınlığında Piri kəndi kimi qeydə alınmışdır. Sonrakı mənbələrdə kəndin adına rast gəlinmir. Əziz Ələkbərli yazır ki, toponimin pir anlamında olmasını söyləmək olar. "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1590) Vedi nahiyəsində Pirilər kənd adının mövcudluğu toponimin həm də etnonim səviyyəsindən xəbər verir. Vaxtilə Azərbaycan ərazisində, xüsusilə Gəncəbasarda Pirəli türk tayfasının yaşadığı da mənbələrdə qeydə alınmışdır. Qəbələ rayonundakı Böyük Pirəli, Kiçik Pirəli, Qərbi Azərbaycanın Vedi rayonundakı Pirəli (Birəli) kəndləri də həmin tayfanın adını daşıyır.

İsa MUSAYEV

Oxşar xəbərlər