22.11.2024, 18:13
AZ EN
01.04.2023, 16:02 158

Qərbi Azərbaycan, Məngüs kəndi

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Qırxbulaq mahalında, Qırxbulaq çayının yuxarı axarında, Ellər qəsəbəsindən 10-12 km cənub-şərqdə salınmış Məngüs kəndində ancaq Azərbaycan türkləri yaşamışdır. "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1590) Gərni nahiyəsinin Əngüs kəndi kimi qeydə alınmışdır. Həmin dəftərin 1728-ci il tərtibində isə Qırxbulaq nahiyəsində Mənqus, Gərni nahiyəsində Mənkus adlı iki kənd adına rast gəlinir. Kəndin adı hələ XV yüzildə Ağqoyunlu hökmdarı Sultan Yaqubun fərmanında Mankus, ikinci Şah İsmayılın 1577-ci ildə verdiyi fərmanında Mənkus kimi yazılmışdır. Məngüs toponiminin işlənmə arenası çox genişdir. Orta Asiyada Manqışlaq, Mangisdağ toponimləri mövcud olmuşdur. 1873-cü ilin statistikasında Qırxbulaq çayının yuxarı axarında qeydə alınan Məngüs kəndində 32 təsərrüfatda 316 nəfər Azərbaycan türkünün yaşadığı, məşhur qədim "Makenis monastırı"nın da burada olduğu qeyd olunmuşdur. 1948-1949-cu illərdə kəndin bütün əhalisi zorla Azərbaycana deportasiya olunmuş, kənd xaraba qalmışdır.

İsa Musayev

Oxşar xəbərlər