22.11.2024, 03:18
AZ EN
05.04.2023, 17:28 230

Qərbi Azərbaycanın Zəngibasar rayonu

QƏRBİ AZƏRBAYCAN

Zəngibasar rayonu (Masis) Zəngibasar mahalının ərazisində yerləşir, mərkəzi Uluxanlı şəhəridir. Bu rayon ilk dəfə 1937-ci il dekabrın 31-də, ikinci dəfə isə 1969-cu il yanvarın 14-də yaradılıb. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 20 km-dir. Rayonun indiki ərazisi 428-640-cı illərdə Ararat qəzasının tərkibində, VII-XI əsrlərdə ərəb işğalı altında olmuşdur. XI əsrdən Səlcuq türklərinin, 1230-cu ildə monqol-tatarların tabeliyində olmuşdur. XVI əsrdən Çuxur Səd bəylərbəyliyinin, XVIII əsrdən XIX əsrin əvvəllərinə kimi İrəvan xanlığının, XIX əsrdən XX əsrin 20-ci illərinə qədər İrəvan quberniyasının İrəvan qəzasının tərkibinə daxil edilmişdir. Rayonun 32 kəndi olmuşdur. Kəndlərin 21-də ancaq azərbaycanlılar, 6-da əksəriyyəti azərbaycanlılar olmaqla, həm də ermənilər, 5 kənddə isə yalnız ermənilər yaşayırdılar. 1948-1951-ci illərdə Rəncbər kəndi istisna olmaqla bütün kəndlərin azərbaycanlı əhalisi Azərbaycana köçürüldü. Sonralar azərbaycanlı əhalisi geri dönsə də onların evlərində yaşayan ermənilər yerli Azərbaycan türklərini Elləz, Göykümbət, Arbat və digər kəndlərə buraxmırlar. Nəhayət, 1988-ci ildə bütün azərbaycanlı əhalisi deportasiya olunaraq Azərbaycana köçürüldü.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR