21.11.2024, 20:29
AZ EN
18.10.2023, 17:50 232

Qərbi Azərbaycan, Paşakənd kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Paşakənd — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənddir.

Rayon mərkəzindən 12 km şimal-qərbdə, Pəmbək dağının ətəyində, Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Erməni mənbələrində kəndin adı erməni dilinə kalka edilərək Paşagyuğ (Paşakənd) formasında verilmişdir.

Toponim Paşa şəxs adı ilə kənd sözünün birləşməsindən əmələ gəlib.

1935-ci ildə kəndin adı dəyişdirilib Marmarik qoyulmuşdur.

Kənddə 1831-ci ildə 76 nəfər, 1873 - cü ildə 268 nəfər, 1886-cı ildə 436 nəfər, 1897-ci ildə 490 nəfər, 1908-ci ildə 673 nəfər, 1914 - cü ildə 908 nəfər, 1916-cı ildə 712 nəfər azərbaycanlı yaşamışdır.

1918-ci ildə azərbaycanlılar qırğınlarla qovulmuş, kəndə ermənilər köçürülmüşdür. 1919-cu ildə kəndə 380 nəfər erməni yerləşdirilmişdir.

İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə ermənilərlə yanaşı kənddə 69 nəfər, 1926-cı ildə 98 nəfər, 1931-ci ildə 126 nəfər azərbaycanlı yaşamışdır.

1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. Hazırda ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər