İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda olan Noradüz kəndi rayon mərkəzindən 6 km məsafədə, Kəvər çayının yaxınlığında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. Yerli əhali - azərbaycanlılar Nərədüz formasında tələffüz edirdilər. Toponim türk dillərində "sıldırım qayalıq, dərin dərə, uçurum" mənasında işlənən nori sözü ilə düz sözünün birləşməsindən əmələ gəlmişdir. Noradüz kəndində, tarixən azərbaycanlı əhalinin Abıllu dediyi yerdə 1305-ci ildə vəfat etmiş, "şəhid" əmir Sədəddin ibn Seyfəddinə məxsus sanduqə tipli, üzərində müxtəlif motivləri olan qəbir daşı vardır. Bu Qərbi Azərbaycan ərazisində ən qədim müsəlman yazılı abidələrindən biridir. Kəndə ermənilər 1828-ci ildən sonra Türkiyədən köçürülmüşdür.
İsa Musayev