19.10.2024, 14:15
AZ EN
22.08.2023, 18:22 194

Qərbi Azərbaycan, Başköy kəndi

QƏRBİ AZƏRBAYCAN

İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunun inzibati ərazisinə daxil olan Başköy kəndi rayon mərkəzindən 11 km cənub-şərqdə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. XX əsrin 20-ci illərində kəndin adı kalka edilərək Başqyuğ (Başkənd) qoyulmuşdur. Toponim Azərbaycan dilində "böyük, əsas, yuxarı" mənasında işlənən baş sözü ilə, türk dilində "kənd" mənasında işlənən köy sözündən əmələ gəlmişdir. Kənddə 1830-cu ilə kimi qarapapaqlar yaşamışdır. Həmin ildə buraya Türkiyənin Muş vilayətindən ermənilər köçürülmüşdür.

İsa Musayev

Oxşar xəbərlər