Qərbi Azərbaycanın Qaraqoyunlu mahalında olan Cıvıxlı kəndinin də taleyi Ermənistana verilmiş digər azərbaycanlı kəndləri kimi acı olmuşdur. Kənd Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 9 dekabr 1867-ci il tarixli fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Ermənistanda Sovet hakimiyyəti quruldu. Bundan sonra Qazax qəzası ərazisinin 44.5 faizi Ermənistana verildi. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor (Şəmkir) rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı. Cıvıxlı kəndində (Çəpkut) isə Gədəbəyin Başkənd qəsəbəsində yaşamış ermənilər məskunlaşmışdır.
İsa Musayev