19.10.2024, 10:35
AZ EN
28.02.2023, 13:20 400

Zəngibasar mahalı, Qulucan kəndi

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Zəngibasar mahalında, Araz və Zəngi çaylarının kəsişdiyi yerdə salınmış Qulucan kəndində ancaq Azərbaycan türkləri yaşamışdır. "İrəvan əyalətinin icmal dəftəri"ndə (1728) Qırxbulaq nahiyəsinin Qulucan kəndi kimi qeydə alınmışdır. Kəndin etimologiyası ilə bağlı tədqiqatçı alim Əziz Ələkbərli qeyd edir ki, Peçeneqlərin Kul//Kol tayfası haqqında mənbələrdə istənilən qədər məlumat var. Belə olan halda Ağrıdağ vadisində yerləşən Qulucan oykonimi Qul//Kul etnonimi ilə izah olunmalıdır.  Deməli, sözün mənası Kol//Qul tayfasının yurdu, kəndi anlamındadır. 1917-1918-ci illərdə erməni təcavüzünə məruz qalan kəndin əhalisi qonşu azərbaycanlı kəndlərinin əhalisi ilə birgə Arazın o tayına – Türkiyəyə mühacirət etmiş, bölgədə Sovet Hakimiyyəti qurulduqdan sonra bəziləri doğma kəndlərinə dönmüşlər. Lakin 1950-ci ildə kəndin əhalisi növbəti dəfə soyqırımına məruz qalmış və bütünlüklə Azərbaycana deportasiya olunmuşlar. Onu da qeyd edək ki, Ağadədə piri Qulucan kəndinin yanında yerləşirdi.

İsa Musayev

Oxşar xəbərlər