21.11.2024, 21:20
AZ EN
20.10.2023, 17:22 322

Qərbi Azərbaycan, Molla Eyyublu kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Molla Eyyublu — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunun kəndidir.

Rayon mərkəzindən şimal-şərqdə yerləşir. 31 dekabr 1937-ci ilə kimi, Kalinino rayonu təşkil edilənə qədər Cəlaloğlu (Stepanavan) rayonun tərkibində olmuşdur. Mənbələrdə kəndin digər adlarının Molla Eyyub, Molla Yublu, Norvruz xaraba olduğu da göstərilir.

Toponim eyyublu etnonimi əsasında əmələ gəlib "eyyublu tayfasından olan mollaya məxsus kənd" anlamını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Kənddə 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 169 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar deportasiya olunmuş, yalnız indiki Ermənistan sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 271 nəfər, 1926-cı ildə 334 nəfər, 1931-ci ildə 382 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin axırları, 1989-cu ilin əvvəllərində Ermənistan dövləti tərəfindən kəndin sakinləri tamamilə tarixi-etnik torpaqlarından deportasiya edilmişdir.

Kəndin adı əvvəllcə dəyişdirilib Evli qoyulmuş, sonra Ermənistan prezidentinin 19.04.1991-ci il fərmanı ilə adı dəyişdirilərək Dzaramut adlandırılmışdır. İndi burada təkcə ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər