19.10.2024, 12:38
AZ EN
22.10.2023, 17:18 196

Qərbi Azərbaycan, Qurumsulu kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Qurumsulu kəndi — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənddir. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.

Rayon mərkəzindən 9 km şərqdə yerləşir. Kənd Azərbaycanın Qazax rayonundakı Qaymaqlı kəndi ilə həmsərhəddir. 1935-ci ildə kənd Dostluq, 1978-ci ildə ermənicə Voskevan adlandırılmışdır.

Qurumsulu kəndi rayon mərkəzindən 12 km cənub-qərbdə yerləşir.

Kənddə tarixən azərbaycanlılar yaşamışdır. Sonralar -1828-ci ildən sonra burada ruslar yerləşdirilmişdir. 1897-ci ildə burada 162 nəfər rus, 8 nəfər azərbaycanlı yaşamışdır.

XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar tamamilə qovulmuşdur.

Toponim quru və fontan sözlərinin yaranmasınsan əmələ gəlmişdir.

Toponim türk dilində "yamacda və yaylanın yastı zirvəsində daş qırıqları, qaya parçası" mənasında işlənən qurum sözü ilə -lu şəkilçisi qəbul etmiş su sözünün birləşməsindən əmələ gəlmişdir. Qurum sözü qədim türk dilində "qaya parçası" mənasında işlənən qorum (qorum) formasında işlənmişdir. Kəndin adı ilə relyefi uyğun gəlir. Belə ki, kənd daşlı, çınqıllı, dağlı ərazidə yerləşir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər