Şahablı kəndi rayon mərkəzindən 13 km cənub-şərqdə, Qırxbulaq çayının yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim Şahablı nəsil adı əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3 iyun 1968-ci il tarixlı fərmanı ilə kəndin adı dəyişdirilərək Şahap (Şaqap) qoyulmuşdur.
Kənddə 1873-cü ildə 437 nəfər, 1886-cı ildə 606 nəfər, 1897-ci ildə 853 nəfər, 1904-cü ildə 827 nəfər, 1914-cü ildə 910 nəfər, 1916-cı ildə 966 nəfər azərbaycanlı yaşamışdır.
1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. Türkiyənin Van və Şatax vilayətlərindən köçürülən ermənilər bu kənddə də yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər. Ermənilərlə yanaşı, burada 1922-ci ildə 64 nəfər, 1926-cı ildə 41 nəfər, 1931-ci ildə 79 nəfər azərbaycanlı yaşamışdır.
SSRİ hökumətinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948-1949-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır.
Tahirə AĞAMİRZƏ