22.11.2024, 02:48
AZ EN
25.06.2023, 17:56 191

Qərbi Azərbaycan, Babacan kəndi

QƏRBİ AZƏRBAYCAN

İrəvan quberniyasının Novobəyazid qəzasında olan Babacan kəndinin tam adı Babacan dərəsidir. 1728-ci ilə aid mənbədə Qırxbulaq nahiyəsində kənd adı kimi qeyd olunmuşdur. Kənd mülkədar Babacanın dərəsində yerləşdiyi üçün belə adlandırılmışdır. Babacan kəndi XVII əsrin əvvəllərində yaradılmışdır. Kənd rayon mərkəzi Basarkeçərdən 42 km məsafədə yerləşir. 15 iyul 1946-cı ildən 1988-ci ilin dekabrınadək kəndin adı Qızılkənd olmuşdur. Əhalinin qonaqpərvərliyinə, həm də təbiətinin gözəlliyinə görə belə adlandırılmışdır. Bu kəndin bir tərəfi Göyçə gölü, iki tərəfi sıx meşəlik, arxa tərəfi isə dağlarla əhatə olunmuşdur. 19 aprel 1991-ci ildə kəndin adı dəyişdirilərək Tsaratağ qoyulmuşdur.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR