01.04.2023, 04:43
AZ EN
18.03.2023, 18:07 104

Pəmbək mahalı, Böyük Qarakilsə rayonu

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Pəmbək mahalının Böyük Qarakilsə rayonu (Quqark) İrəvan şəhərindən 149 km məsafədə yerləşir. Rayon 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il yanvarın 3-dək Böyük Qarakilsə rayonu, həmin tarixdən 1962-ci ilə qədər Kirovakan rayonu, 1995-ci ildən isə Quqark rayonu adlandırılmışdır. Ərazisi 766 kv.km olan Böyük Qarakilsə rayonu Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının Qazax qəzasına daxil olub. Rayon ərazisi boyu Pəmbək çayı axıb gedir. 1988-ci ilə qədər burada azərbaycanlılar yaşayırdılar. Lakin həmin il azərbaycanlı əhali rayonu tərk etməyə məcbur oldular.

İsa MUSAYEV

Oxşar xəbərlər