19.10.2024, 04:47
AZ EN
12.03.2023, 15:23 246

Qırxbulaq mahalı, Tutiya kəndi

QƏRBİ AZƏRBAYCAN

Qırxbulaq mahalı, Tutiya kəndi Ellər rayonunun mərkəzindən 14 km cənub-şərqdə, Qırxbulaq çayının yuxarı axarında, Çadqıran kəndi yaxınlığında, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə olan bu kənddə 1918-ci ilə qədər yalnız Azərbaycan türkləri yaşamışdır.

"İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1590) İrəvan nahiyəsinin Tutul kəndi, həmin dəftərin 1728-ci il tərtibatında isə Qırxbulaq nahiyəsinin Tutiya kəndi kimi qeydə alınmışdır. 1818-ci ildə bölgədəki digər türk-müsəlman kəndləri kimi, bu böyük azərbaycanlı kəndi də ermənilər tərəfindən dəhşətli soyqırımına məruz qalmış, sağ qalmış əhali doğma yurdlarından qovulmuşdur. 1948-ci il iyun ayının 21-də kəndin Tutiya adı dəyişdirilərək Saranist qoyulmuşdur.

İsa Musayev

Oxşar xəbərlər