22.11.2024, 02:08
AZ EN
23.08.2023, 19:24 298

Qərbi Azərbaycan, Ciftəli kəndi

QƏRBİ AZƏRBAYCAN

Ciftəli kəndi (Qayqulu Ciftəli) İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunun tərkibində olmuşdur. Qayqulu Ciftəli kəndinin adı erməni mənbələrində Ciftəli kimi qeyd edilmişdir. Rayon mərkəzindən 5 km məsafədə yerləşən kəndin adı Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim oğuzların qayı etnonimindən, Qulu şəxs adından və mənsubluq bildirən - li şəkilçisinin qoşulduğu "mal-qoyun bəslənən yer" mənasında işlənən cift sözündən əmələ gəlmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 Xl 1946 cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək Zuyqaxpyur (Tsuqaxpuyr) qoyulmuşdur.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR