18.12.2024, 08:32
AZ EN
16.12.2023, 19:24 365

Qərbi Azərbaycan, Salah kəndi

QƏRBİ AZƏRBAYCAN

Qaraqoyunlu elinin kəndlərindən biri İcevan (Karvansara) rayonunun inzibati ərazi dairəsində olan Salah kəndi Tərsəçay sahilində, rayon mərkəzindən 15 km cənub-qərbdə yerləşir. Meşə ilə örtülü səfalı olan bu yerdə azərbaycanlılar yaşamışdır. Kəndin əhalisinin əhəmiyyətli bir hissəsi 1950-ci ildə qonşu Göyərçin kəndindən köçüb gələnlər olub. Azərbaycanlı əhalisi 1905-ci ildə 39, 1914-cü ildə 64, 1931-ci ildə 112 nəfər olub. Salah kəndindəki son azərbaycanlılar 1988-ci ildə faciəli olaylar zamanı kənddən bütünlüklə qovulmuş və orada ermənilər məskunlaşdırılmışdır. Kəndin adı 1991-ci ildə "Ağavnavank" olaraq dəyişdirilmişdir. Hazırda Tavuş marzına (vilayətinə) aiddir. Yalnız ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər