Əmrəkar kəndi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Mehri rayonunun tərkibindədir. Rayon mərkəzindən 9-10 km şimal-qərbdə yerləşir. Kənddə yalnız azərbaycanlılar yaşamışlar. Toponim Əmir şəxs adı ilə türk dilində "sıldırım", "qaya", Sıldırımlı qaya "mənasında işlənən kayır//kair, kar sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. 1940-cı illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
İsa Musayev