22.11.2024, 06:56
AZ EN
07.03.2023, 08:00 411

Gərnibasar mahalı, Eranos kəndi

QƏRBİ AZƏRBAYCAN

Gərnibasar mahalının dağlıq hissəsində, Gərni çayının yaxınlığında, Qızıldağ dağının ətəyində salınmış Eranos kəndində əvvəllər yalnız Azərbaycan türkləri yaşamışlar. "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1728) Gərni nahiyəsinin Ernos kəndi kimi qeydə alınmışdır. İ.Şopendə (1832) Eyranıs-sufla adı ilə Gərnibasar mahalının xaraba kəndləri sırasında verilmişdir. Bu kənd 1826-1829-cu illər Rusiya-İran, Rusiya-Osmanlı müharibələri zamanı böyük dağıntılara məruz qalmışdır. XIX əsrin ortalarında Qafarlı kəndinin bir hissəsi həmin əraziyə köçərək kəndi bərpa etmişlər. Eranos toponiminin etimologiyası ilə bağlı mövcud - qədim türk mənşəli Aran tayfasının adını əks etdirməsi fikri tamamilə doğrudur. Bunu kəndin yuxarısındakı Avan kəndi mənbələrdə Aran adı ilə qeydə alınması da təsdiq edir. Onu da bildirək ki, Albaniya türk dövlətinin yaradıcısı və ilk hökmdarının da adı Aran olmuş, o dövrün xüsusiyyətlərinə uyğun olaraq, onun hökmranlıq etdiyi ölkə və bu ölkənin xalqı da Aran adlanmışdır. Aran adı Cənubi Qafqazın türk toponimlərində komponent olaraq sıx-sıx işlənmişdir. Tədqiqatçı alim Əziz Ələkbərli qeyd edir ki, Cənubi Qafqazda Aran komponentli çoxlu toponimlər mövcud olmuşdur. XII yüzildə Albaniyada Aranrot, Böyük Arand, Arancnak, Qarabağda Aran, Yazı-Aran, Daş Aran, Gürcüstanda Aranisi, Qərbi Azərbaycanda Hran və s. Vedibasar mahalı ərazisində də eyniköklü Heyranıs (Geranos) kəndi, eyniadlı çay və bulaq da mövcud olmuşdur. Eranos kəndinin Yeni Bayazid qəzasının Ağdağ yaylağında, kənddən 45 verst aralıda, 170 ha ərazini əhatə edən Gölyurd adlı yurd yeri olmuş, kənd camaatı bu yaylaqdan ta qədimdən istifadə etmişlər. 1918-ci ildə kənd erməni daşnakları tərəfindən dağıdılmış, əhalisi vəhşicəsinə qətlə yetirilmişdir. Elə o vaxtdan da xaraba qalmışdır.

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR