10.10.2024, 13:52
AZ EN
27.04.2023, 17:18 179

Qərbi Azərbaycan, Əkərək kəndi

QƏRBİ AZƏRBAYCAN

İrəvan quberniyasının Eçmiədzin qəzasında olan Əkərək kəndi rayon mərkəzindən 7 km qərbdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Əyrək kimi, "İrəvan əyalətinin icmal dəftəri"ndə Əyərək, Qafqazın 5 verstlik xəritəsində Əkərək kimi qeyd edilmişdir. XVI-XVIII əsrlərə aid tarixi mənbələrdə kəndin adı Əyrək, Əyərək formalarında qeyd olunmuşdur. Bəzi tədqiqatçılar bildirirlər ki, toponim "Kitabı-Dədə Qorqud" dastanında adı çəkilən Əgrək şəxs adı əsasında yaradılmışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarından sonra kənddə yaşayan azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür.

İsa Musayev

Oxşar xəbərlər