1830-cu ilə qədər sadəcə Türk tayfaları yaşamışdır. 1829-1830 illərdə Anadolu Erməniləri kəndə yerləştirilmişdir. 1918-ci ildə 120 nəfər azərbaycanlı yandırılıb öldürülmüşdür.
Vartana kəndi vaxtilə Qazaxın Birinci Şıxlı, İkinci Şıxlı, Muğanlı, Sadığlı, Kəmərli, Ağ Köynək kəndlərinin əhalisinin yaylağ yerləri olmuşdur.
1955-ci ilə qədər kənd bir müddət Almalı (Ermənicə Hndzorut) adlandırılmışdır. 1955 -ci ildə kəndə Shamuyan adı verilmişdir.
Kənddə Maymak ve Aygır dağları, Xalxallı, Sənəm Sürünən, Gəlin Damı, Gülalı, Qazax Qalası, Ocağ Dərəsi yaylaları, Arhaçtala, Gözdəyən, Muncuğlu, Söyütlü bulağları mövcud olmuşdur.
27 noyabr 1988-ci ildə (Böyük Qarakilsə Kirovakan) şəhərində at oynadan daşnak terror qrupu Vartana kəndinə soxulmuşdur. Daşnak Qazanstyan Samvelin terror qrupu Bayramov Qaranı (evindən çıxmadığına görə) vəhşicəsinə qətlə yetirmişlər. Lyova və Lendrum Xaçaturyan qardaşları Hüseynova Leylini əzabla qətlə yetirmişlər. Vanesyan Samvelin terror qrupu İsgəndərov Mehralını, arvadı Xanımı və 17 yaşlı Alimi parça-parça doğramışlar.
Qriqori Çavuşyanla Hamlet Qasparyanın terror qrupu 1924-cü il təvəllüdlü Əliyev Abdullanı öldürmüşlər. Evlərini tərk etmədiklərinə görə Məmmədov Süleyman Yosmedyan Surenin, Alıyev Əhmədi isə Vazgenin terror qrupu qətlə yetirmişdir. Terrorçu Zehranyan Suren Əliyeva Fatmanı «Niva» markalı minik maşınının təkərləri altına salıb əzmişdir. Beləliklə, kənd əhalisini ölümlə təhdit edərək doğma ev-eşiyini tərk etməyə məcbur etmişlər. Bundan sonra əhali kəndi tərk etməyə məcbur olmuşdur.1988-cil deportasiyası zamanı kənd ümumilikdə Ermənistan ərazisində ən çox insanın qətlə yetirildiyi kəndlərdən olmuşdur.
Hazırda ermənilər yaşayır.
Tahirə AĞAMİRZƏ