22.11.2024, 01:06
AZ EN
18.02.2023, 08:39 242

Gərnibasar mahalı, Xarratlı kəndi

QƏRBİ AZƏRBAYCAN

Zəngibasar rayonu ərazisində rayonu mərkəzindən 7 km cənub-şərqdə, Gərni çayından ayrılan su arxının və İrəvan-Naxçıvan-Culfa avtomobil yolunun üstündə, İrəvan-Naxçıvan dəmiryol xətti yanında olan Xarratlı kəndində 1926-cı ilə qədər ancaq Azərbaycan türkləri yaşamış, həmin tarixdə İran və Türkiyədən gəlmiş erməni ailələri yerləşdirilmişdir. "İrəvan əyalətinin müfəssəl icmal dəftəri"ndə 1728-ci ildə Gərnibasar mahalının Haratlı kəndi kimi qeyd edilmişdir. Həmin mənbədə həmçinin qeyd olunur ki, kəndin əhalisi Dagulilərdəndir.  Tədqiqatçıların yazdığına görə söhbət Dəvəli türk tayfasından gedir. 1832-ci ildə İ.Şopendə  Gərnibasar mahalının Xarratlı kəndi kimi verilmişdir. Kəndin adının etimologiyası ilə bağlı mövcud fikrə görə toponimi xarratlıq peşəsi ilə bağlı yaranması fikri də var, lakin digər fikir də qeyd olunur ki, Xarberd kəndi kimi, Xarratlı oykonimi də Xarxar//Qarqar etnonimindən yaranmışdır. 1918-ci ilin əvvəllərində erməni quldurları kəndi dağıtmış, kəndin əhalisi qılıncdan keçirilmiş, sağ qalanları İrana, Türkiyəyə pənah aparmışdır. 1949-cu ildə kəndin azərbaycanlı əhalisi deportasiya olunaraq zorla kənddən çıxarılmış, kənd bütünlüklə erməniləşdirilmişdir. 1978-ci il yanvarın 25-də kəndin adı dəyişdirilərək Arevablur qoyulmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər