Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun ən böyük kəndi Güllübulaq kəndidir. 1988-ci ilə qədər burada ancaq azərbaycanlılar yaşamışdır. 1988-ci il deportasiyasından sonra Güllübulaq kəndində Gürcüstanın Boqdanovka rayonundan gələn ermənilər məskunlaşmışlar. Kənd Türkiyənin Qızıldaş (Süngüdərəsi) kəndi ilə həmsərhəddir. Güllübulaqda Koroğlu mağarası, Nigar dərəsi, Nəbi çayı və s. kimi toponimlər var idi. Kənddə məscid, pirlər və ziyarətgahlar da mövcud olmuşdur. 2007-ci ildə kəndin adını dəyişdirərək Bürakan qoymuşlar.
İsa Musayev