Yelizavetpol quberniyasının Zəngəzur qəzasında olan Burunqot kəndi Qərbi Azərbaycanın Qarakilsə (Sisian) rayonunun tərkibindədir. XIX əsrin sonlarından mənbələrdə adı çəkilmir. Azərbaycan dilindəki burun (dağ burnu) və qot (qut) sözlərindən düzəldilmişdir. Türk dillərində qut "qala" mənasını ifadə edir. Toponim "qut" komponenti Azərbaycanda və Qərbi Azərbaycanda çoxlu coğrafi adlarda öz əksini tapmışdır. Qarabağda Ataqut, Kürdəmir rayonunda Ataqut, Ağdərə rayonunda Tuq-Qot və Xoşaqut kəndləri vardır. Orta əsrlərdə Şərqi Anadoluda Xut əyalətinin (həmin adla Laçın rayonunda Xut-Zabuq kəndi vardır) adı da bu sıraya aiddir.
İsa MUSAYEV