Toponim qədim türk dilində «düşərgə, çobanların müvəqqəti yaşayış yeri, çadır» mənasında işlənən qoş sözü əsasında əmələ gəlmişdir.
Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1858-70-ci illərdə Türkiyədən buraya Ermənilər köçürülüb yerləşdirilmişdir. Kənddə ermənilərdən başqa 1831-ci ildə 62 nəfər, 1873-cü ildə 211 nəfər, 1886-cı ildə 566 nəfər, 1897-ci ildə 323 nəfər, 1908-ci ildə 427 nəfər azərbaycanlı türk yaşamışdır.
1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 10 nəfər, 1926-cı ildə 9 nəfər azərbaycanlı yaşamışdır.
Tahirə AĞAMİRZƏ