22.11.2024, 00:03
AZ EN
28.03.2023, 10:19 281

Qərbi Azərbaycan, Allahverdi rayonu

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Allahverdi rayonu Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonralar Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur.  Rayon 1930-cu ildə yaradılıb. Ərazisi 1111 kv.km olan rayonun adı 1969-cu il sentyabrın 19-da dəyişdirilərək Tumanyan rayonu adlandırılmışdır. Rayon mərkəzindən İrəvan səhərinə olan məsafə 191 km -dir. 1988-ci ilə qədər Azərbaycan türklərinin yaşadıqları rayon erməni quldurları tərəfindən boşaldılmış, tamamilə erməniləşdirilmişdir.  Rayon ərazisi tarixən (8-10-cu əsrlərdə) Baqratilərin, Zakarianların, XI əsrdən sonra səlcuqların, monqol-tatarların, XVIII əsrdə Nadir Şah Əfşarın tabeliyində olmuşdur. Allahverdi rayonu Borçalı çayının sahilində yerləşir. Qafqazın beş verstlik xəritəsində qeyd edilmişdir. Toponim borçalı türk tayfasına mənsub allahverdi etnonimi adı əsasında formalaşmışdır.

İsa MUSAYEV

Oxşar xəbərlər