21.11.2024, 20:18
AZ EN
02.04.2023, 15:36 256

Qərbi Azərbaycan, Ozanlar kəndi

QƏRBİ AZƏRBAYCAN

Zəngibasar mahalında, Zəngi çayının Qarasu çayı ilə qovuşub Araza töküldüyü ərazidə yerləşən Ozanlar kəndində ancaq Azərbaycan türkləri yaşamışdır. 1590-cı ildə yazılmış "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə İrəvan nahiyəsinin Uzand kəndi kimi qeydə alınmışdır.  Həmin dəftərin 1728-ci il buraxılışında isə Gərni nahiyəsinin Ozanlı kəndi kimi verilmişdir. 1988-ci ilə qədər Sarıcalar kəndi kənarında, kiçik Qarasu çayının sol sahilindəki böyük bir çölün Ozanlar adlanması Ozanlar kəndinin vaxtilə burada yerləşdiyini sübut edir. Zəngibasar mahalındakı yaşlı kişilərin vaxtilə Ozanlarda Aşıq Məhəmməd və Aşıq Musa adlı məşhur aşıqların yaşadığı barədəki söhbətləri kəndin adını təsdiqləyir. Tədqiqatçılar onu da qeyd edirlər ki, vaxtilə Dərəçiçək mahalında Ozanlar kəndi, Qarabağ ərazisində Ozan adlı tayfa, Gəncə şəhərində Ozanlar məhəlləsi mövcud olmuşdur.

İsa Musayev

Oxşar xəbərlər