Vedi rayonu Qərbi Azərbaycan ilə Türkiyə arasında dağarası düzənlik olan Ağrı vadisində yerləşir. Araz çayı da bu düzənlikdən axır. Rayon ərazisindən Vedi çayı axır və Şidli kəndində Araza tökülür. Tədqiqatçılar qeyd edirlər ki, Şidli toponimi Şəddadilərlə əlaqədardır. Tarixi məlumatlara görə Vedi mahalı ərazisində 75 kənd olub, burada yalnız Azərbaycan türkləri yaşayıblar. Mühüm strateji ərazidə yerləşən Vedi rayonu dəfələrlə ermənilərin məkrli siyasətinə məruz qalmış, tez-tez inzibati ərazi dəyişikliyi edilmişdir. 1936-cı ildə rayon iki yerə parçalanaraq ərazisində ikinci bir qondarma Qarabağlar rayonu yaradılmışdır. Lakin 1948-ci ildə əhali köçürüldükdən sonra Qarabağlar rayonu ləğv edilmiş, ərazisi Vedi rayonuna birləşdirilmişdir. 1988-ci ilə qədər azərbaycanlıların yaşadığı yaşayış məntəqələrindən əhali deportasiya edilmişdir.
İsa MUSAYEV