19.10.2024, 13:32
AZ EN
26.05.2023, 16:45 198

Qərbi Azərbaycan, Musluqlu kəndi

QƏRBİ AZƏRBAYCAN

Qars vilayətinin Qars qəzasında, indiki Amasiya rayonunda olan Musluqlu kəndi rayon mərkəzindən 17 km şimal-qərbdə yerləşir. Toponim türk dilində "kran, kiçik turba kranı" mənasında işlənən musluq sözünə - li şəkilçisi artırılmaqla düzəlmişdir. Ağbaba mahalında "daşdan düzəldilən su qabı" mənasında "mustuq" sözü işlədilir. Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilmişdir. Qarapapaqlar əslində azərbaycanlıların etnoqrafik qrupudur və türk tayfalarından biridir. Bu kənd 1930-cu illərdə ləğv edilmişdir.

İsa Musayev

Oxşar xəbərlər