03.02.2025, 17:56
AZ EN
23.10.2023, 18:03 331

Qərbi Azərbaycan, Xoşkotan kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Xoşkotan - Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Barana (Noemberyan) rayonunda kənddir. Rayon mərkəzindən 16 km məsafədə yerləşir.

Toponim qədim türk dilində «düşərgə», «yurd», «icma», «kiçik yurd» mənasında işlənən koş (>xoş) sözü ilə və «heyvanların salındığı yer», «şəhər, qala divarları», «tövlə», «yaşayış məntəqəsinin (aulun) yaxınlığında axşamlar qoyunların salındığı yer», «heyvanların salındığı yer, «şəhər qala divarları» mənasında işlənən kotan sözünün birləşməsindən əmələ gəlib, «qoyunların saxlandığı yer, yurd yaxınlığında olan kənd» mənası ifadə edir. «Kotan» sözü türk dillərində kutan formasında «xutor, köçəri çobanların dağdakı otlağı» mənasında işlənir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Voskevan qoyulmuşdur.

Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər