22.11.2024, 18:28
AZ EN
13.04.2023, 19:30 215

Qərbi Azərbaycan, Aşağı Qaranlıq rayonu

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Aşağı Qaranlıq rayonu Göyçə mahalının ərazisində yerləşirdi. 1930-cu ildə yaradılan bu rayonun ərazisi 1185 kv km olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 130 km-dir. Bir tərəfdən Göyçə gölünə söykənən rayon digər tərəfdən Basarkeçər və Göyçə yaylaları ilə əhatə olunmuşdur. Soylan rayonu ərazisində Arpaçayın üzərindəki Keçid su anbarından başlanan Arpa-Göyçə kanalı Aşağı Qaranlıq rayonunun ərazisindən keçərək rayonun Aşağı Alçalı kəndi yaxınlığında Göyçə gölünə tökülür. Əziznər, Asaymirzə yaylaqları və Səlim aşırımı (2410 m), Ərmağan (2829 m) dağları da rayonun ərazisindədir. 1948-1951-ci illərdə Aşağı Qaranlıq rayonunun azərbaycanlı kəndləri bütünlüklə boşaldılmışdır. Aşağı Qaranlıq rayonunun adı dəyişdirilərək Martuni rayonu adlandırılmışdır.

İsa MUSAYEV

Oxşar xəbərlər