19.10.2024, 12:38
AZ EN
25.07.2023, 17:05 256

Pəmbək mahalı, Hamamlı rayonunun Nalbənd kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Rayon mərkəzindən 11 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

1930-cu illərdə Gümrü rayonunun tabeliyində olmuşdur. Burada 1930-cu illərdə Nalbənd adlı dörd toponim olmuşdur. Nalbənd kəndi, Nalbənd qışlağı, Nalbənd vağzalı, Nalbənd dəmiryolu.

Toponim Azərbaycan dilində peşə mərasimində işlənən nalbənd (nalçı, atların ayağına nal vuran adam) sözü əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşamışdır.

XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə baş verən erməni-müsəlman davasında azərbaycanlılar ermənilər tərəfindən sıxışdırılaraq deportasiya olunmuşdur.

İndi yalnız ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər