22.06.2025, 13:45
AZ EN
11.07.2023, 17:25 308

Qərbi Azərbaycan, Gülablı kəndi

QƏRBİ AZƏRBAYCAN

İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunun Gülablı kəndi rayon mərkəzindən 14 km məsafədə yerləşir. Kənd Ortulu dağının ətəyindədir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Güləbdi formasında, Qafqazın 5 verstlik xəritəsində Gülablı kimi qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı müxtəlif formalarda: Gülaplı, Gülab, Gülabdı kimi qeyd olunmuşdur. Toponim gülablı nəslinin adından götürülmüşdür. Azərbaycanda Gülablı dağı və Gülablı kəndi (Ağdam rayonu) adları ilə mənşəcə eynidir. XIX əsrin 70-ci illərində kənddə ermənilər məskunlaşmış və azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyun 1946-cı il fərmanı ilə adı dəyişdirilərək Dzoraqlux Dərəbaş) qoyulmuşdur.

İsa Musayev

Oxşar xəbərlər