Qərbi Azərbaycanın Göyçə mahalında olan Qanlı kəndinin yaranma tarixi XlV əsrin sonu, XV əsrin əvvəllərinə təsadüf edir. Tədqiqatçılar qeyd edirlər ki, Qanlı sözünün mənası iki əsas mənanı kəsb edir. 1. "Dədə Qorqud" dastanın 12 türk boylarından biri "Səlcuq" Türklərinin nəslindən olan "Kanlı" qolunun adı ilə bağlıdır. 2. Sözün ikinci mənası isə deyilənlərə görə Qazax mahalından Göyçə mahalına gələn Qanlı Allahverdinin adı ilə bağlıdır. Qanlı Allahverdi kəndin himni qoyarkən bolsulu, münbit torpağa və eləcə də maldarlıq üçün əhəmiyyətli olduğunu görərək həmin yeri özü ilə birlikdə gələn qohumlarına daimi yaşayış yeri seçmişdir. Keçmişdə Qanlıdan bir qədər aralıda dağlardan saxsı borularla bulaq çəkilmişdir. Həmin saxsı borular lV-lX əsrlərdə çəkilmişdir. Kəndin mərkəzindəki qədim qəbiristanlıq burada ta qədimdən insanların yaşamasını sübut edir. Alban əlifbası ilə yazılmış abidələr bu yerlərin alban türklərinə məxsusluğuna bariz nümunədir. Həmin abidələr 1988-ci ilə qədər qalırdı. Həmin il azərbaycanlılar öz doğma yurdlarından zorla deportasiya olunmuşdur.
İsa Musayev