Dərələyəz mahalının qədim yurd yerlərindən olan Gabud kəndi də belə yerlərdən biridir. Gabud kəndi dünyanın bəlkə də. ən gözəl kəndlərindən biri idi. Mənbələrdə qeyd olunur ki, yaz aylarında kən gül-çiçəkdən toğunmuş xalıya bənzəyirdi. Kəndin ərazisində 300-dən çox bulaq vardı...
İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Əzizbəyov rayonunun inzibati ərazi vahidində olan Gabud kəndi rayon mərkəzindən 16 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın yaxınlığında yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeyd edilmişdir. Kəndin adı ilk dəfə XIII əsrdən xatırlansa da, ərazidəkli tarixi abidələr onun daha da qədim olduğunu göstərir. Belə ki, kəndin əsası X əsrdən əvvəl qoyulmuşdur. Erməni mənbələrində kəndin adı Gyabut, Gyabud formalarında verilir.
Kəndin adı Azərbaycan dilində “qayalıqda keçən yol””uçurum”, “daşlıq” mənasında işlənən gab sözünə - ud şəkilçisinin artırılması ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Gabud kəndində 1831-ci ildə 35 nəfər, 1873 - cü ildə 116 nəfər, 1886-cı ildə 113 nəfər, 1897-ci ildə 159 nəfər, 1904 - cü ildə 140 nəfər, 1914 - cü ildə 154 nəfər, 1916-cı ildə 107 nəfər yalnız azərbyacanlı yaşamışdır[9].
1918-ci ildə kəndin yerli əhalisi olan azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər doğma yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 33 nəfər, 1926-cı ildə 120 nəfər, 1931-ci ildə 181 nəfər, 1987-ci ildə 468 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ildə noyabrın sonunda Ermənistan dövləti tərəfindən kəndin sakinləri - azərbaycanlılar tamamilə öz ata-baba yurdlarından qovulmuşlar. İndi ermənilər yaşayır.
Tahirə AĞAMİRZƏ