08.09.2024, 07:03
AZ EN
07.12.2023, 17:53 218

Qərbi Azərbaycan, Ərzəkənd kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Ərzəkənd, İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının Razdan rayonunda kənddir.

Rayon mərkəzindən 15 km şimal-qərbdə, Zəngi çayının sol qolu olan Dəllər çayının sağ tərəfində, Güllü dağının ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Ərzqan kimi, Qafqazın 5 verstlik xəritəsində Arzakənd, erməni mənbələrində Arzakan formasında qeyd edilmişdir. Ərzəkənd kəndinin adı erməni dilinə uyğunlaşdırılaraq Arzakan/Ərzəkan adlandırılmışdır.

Toponim ərz və kənd sözlərindən əmələ gəlmişdir.

Kəndin əsas sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-30-cu illərdə İranın Maku, Xoy, Türkiyənin Bayazed, Muş vilayətlərindən və habelə Tiflisdən köçürülmüşdür.

1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə 20 nəfər, 1926-cı ildə 16 nəfər azərbaycanlı yaşamışdır.

1928-1930-cu illərdə azərbaycanlılar zorla öz doğma kəndlərindən qovulmuşlar. İndi yalnız ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər