22.11.2024, 00:40
AZ EN
01.08.2023, 14:38 309

Rəssam Bayram Əlioğlu: “Biz Qərbi Azərbaycana mütləq qayıdacağıq”

QƏRBİ AZƏRBAYCAN

“Qarabağ torpağında dünyaya gəlmişəm və burda eşitdiyim, bildiyim odur ki, bizim əsas torpaqlarımız qalıb Qərbi Azərbaycanda”. Bunu “Baku” TV-yə müsahibəsində əslən Qərbi Azərbaycanın Vedi mahalı, Çimən kəndindən olan Bayram Əlioğlu deyib.

Qeyd edək ki, rəssam Bayram Əlioğlunun valideynləri 1948-53-cü illərdə Qərbi Azərbaycanın Vedi mahalından deportasiya olunublar. Hazırda Bərdənin Kətəlparaq kəndində yaşayan soydaşımızın özü birinci, oğlu Pənah isə ikinci Qarabağ müharibəsində iştirak edib. Əsasən, batal janrında rəsmlərə üstünlük verən Bayram Əlioğlunun təbiət mənzərələrinə həsr edilən əsərləri də çoxdu. Ən böyük arzusu isə  indiyədək üzünü görmədiyi ata-baba yurduna qayıtmaq, Qərbi Azərbaycanın tarixi yerlərinin və füsunkar təbiətinin rəsmini çəkməkdir.

“Hazırda çəkdiyim bu təbiət mənzərəsi Qarabağın səfalı guşələrindən olan Çaylı kəndinin üst tərəfindədi. Birinci Qarabağ müharibəsindən əvvəl eskizlər götürmüşdüm, yəni çoxdan. Sonra isə qərara gəldim ki həmin eskizlər əsasında götürdüyüm müəyyən fikirləri tabloya köçürüm. Təbiət mənzərələrini çox sevirəm. Xüsusilə də Qarabağ mənzərələrini. Qarabağ məzərələrinin də yayı da gözəldi, qışı da gözəldi,  payızı da gözəldi. Hal-hazırda çəkdiyim mənzərə Çaylı kəndindən bir epizoddur. Suqovuşan istiqamətində. Birinci Qarabağ müharibəsində iştirak etdiyim vaxtlarda bu əraziləri görmüşəm. Yəni, demək olar ki, bu ərazilərin təbiətinə, florasına, faunasına çox yaxından bələdəm. Ona görə də mənim yaradıcılığımda  əss xətti təbiət mənzərələri tutur”.

Rəssam Bayram Əlioğlu sonra qeyd edir ki, mənim valideynlərim 1948-ci ildə Qərbi Azərbaycandan zorla köçürdülüblər, nəinki onlar, onlarla bərabər on minlərlə, yüz minlərlər vətəndaşımız ordan zorla deportasiya olunub, Azərbaycanın aran zonalarına yerləşdiriliblər. Valideynlərim də Salyan rayonuna köç salıb. Orda, deməli, dağ yerindən gəlmiş insanlar aran yerinə alışmadığı üçün  bir çoxu oralarda tələf olublar və xəstəliklərlə üzləşiblər. Sonraalar isə valideynlərim qərara gəliblər ki, köçsünlər Qarabağ sonasına və Bərdə rayonuna köçüblər. Mən də Qarabağ torpağında dünyaya gəlmişəm. Burda, yenə deyirəm, eşitdiyim, bildiyim odur ki,  bizim əsas torpaqlarımız qalıb qərbi Azərbaycanda: ” Eşitdiklərimdən belə qənaətə gəlirdim ki,  həqiqətən ora deyilən sözlər qədər də gözəldir. Bəlkə də,  gözəllər gözəli yerlərdir. Düzdür, mən o yerləri görməmişəm, amma o yerlərin bütün təsvirini valideynlərimdən eşitmişəm. Qərara gəlmişəm ki, inşallah, Allah sağlıq eləsin, Qarabağ mənzərələrini işlədiyim kimi, Qərbi Azərbaycandan da müəyyən bir silsilə işlərə başlayacam, o da təbiət janrında olacaq. Onu da qeyd edim ki,  tarixi janrlara da çox üstünlük verəcəm. Çünki orda İrəvan qalası və digər tarixi abidələrimiz vardı. Qərbi Azərbaycanın tarixi abidələrindən biri, düzdür, düşmənlər  indi onu  yer üzündən silmək, izini itirmək  istəyirlər ki, bu tarixi abidənin azərbayanlılara məxsus olduğu barədə heç bir dəlil-sübut  olunmasın. Amma müəyyən rus rəssamları var ki, onların əsərlərində  artıq o tarixi abidələr işlənilib,  İrəvan qalasının açarının təhvil verilməsi kimi. Rus rəssamı işləyib bu əsəri. Orda artıq arxa fonda göstərilib. Xanlığın ərazisində olan məscidlər, İrəvan xanlığının qalası, orda hamısı göstərilib”.

Bayram Əlioğlu daha sonra əlavə edir ki, Göyçə gölünün özününü bir füsunkar təbiəti var. Orda bizim görməli tarixi dədə-baba torpaqlarımız çoxdur. Göyçə mahalı, Vedibasar mahalı,  Zəngibasar mahalı,  Dərələyəz mahalı, Qaraqoyunlu mahalı və digər adlarını çəkə  bilmədiyim yurd yerlərimiz var ki, Azərbaycanın tarixi torpaqlarıdır: “Rus imperiyası tərəfindən ermənilərə verilmiş bir bufr zonadır. Türkiyə ilə Azərbaycan arasında bufer zonadır ki,  türk dünyasını bir-birindən ayırsınlar. Amma biz inanırıq ki,  dövlətimizin qüdrəti, Prezidentimiz cənab ilham Əliyevin uğurlu siyasəti sayəsində biz həmin doğma yurd yerlərimizə mütləq qaylıdacağıq. Öz arzularımıza orda çatacağıq. Mən də bir rəssam kimi əsas tablolarını orda yenidən  yaradacam.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər