27.10.2025, 12:15
AZ EN
26.10.2025, 15:00 153

Bu gün qəhrəman şəhidimiz polkovnik-leytenant Elzamin Təhməzovun doğum günüdür

XƏBƏRLƏR
  • Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Elzamin Təhməzov zəfər tariximizə adı qızıl hərflərlə yazılan qəhrəmanlarımızdandır. Əslən Laçın rayonunun Malxələf kəndindən olan şəhidimiz 1979-cu il oktyabrın 26-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyanın məzunu olub. ABŞ-da, Almaniyada, Pakistanda, İraqda, Sloveniyada və Türkiyədə keçirilən təlimlərdə iştirak edib. O, həmçinin NATO təlimlərində Azərbaycanı təmsil edib.

Vətən müharibəsi başlayan zaman Elzamin Təhməzov briqadanın kəşfiyyat rəisi idi. O, Murov yuksəkliyi və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə bir çox erməni postlarının alınmasında böyük şücaətlər göstərib. Talış yüksəkliyi istiqamətində gedən döyüşlər zamanı isə düşmən tərəfindən mühasirəyə alınan 400 əsgərimizi mühasirədən xilas edib. Qəhrəmanımız komandanlıq etdiyi briqadanı qələbəya doğru uğurla aparıb. Polkovnik-leytenant sentyabrın 29-da düşmən tərəfindən atılan minamiyot mərmisinin yaxınlığına düşməsi nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Elzamin Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Qeyd edək ki, şəhidimizin Vətənə əmanət olan 14 və 8 yaşında iki qız övladı var.

Məzarı nurla dolsun!

Tahirə AĞAMİRZƏ 

Oxşar xəbərlər