Vətən müharibəsində qəhrəmanlıq göstərən oğullarımızdan biri də Şahin Famiq oğlu Quliyevdir. O, 28 oktyabr 1997-ci ildə Füzuli rayonunda anadan olmuşdur. Orta təhsilini Füzuli rayonu, Qayıdış qəsəbə tam orta məktəbində almışdır. Orta təhsilli Şahin həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət keçmişdir. Bir əsgər kimi vətəninə bağlı olan Ş. Quliyev 44 günlük Vətən müharibəsində iştirak etmiş, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqlar göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Şahin Famiq oğlu Quliyev "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. O ikinci dərəcəli əlildir.
İsa Musayev