21.09.2024, 21:18
AZ EN
21.07.2023, 18:13 140

“Azərişıq” ASC-nin sədri Ağdamda vətəndaşları qəbul edib

XƏBƏRLƏR
  • "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov iyulun 21-də Ağdamda Ağdam və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edib.

ASC-dən bildiriblər ki, qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Ağdam rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Qəbuldan sonra “Azərişıq” ASC-nin rəhbərliyi Ağdam Konqres Mərkəzində regional idarə rəhbərləri ilə toplantı keçirib. Prezident İlham Əliyevin iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə təməli qoyulan obyektlərdə elektrik təsərrüfatının və şəbəkənin yenidən qurulması istiqamətində işlərə nəzarət daha da gücləndirilib. (AZƏRTAC)

Oxşar xəbərlər