Qərbi Azərbaycanın Axura kəndi İrəvan xanlığının Dərələyəz mahalında, Böyük Ağrı dağının yamacında yerləşir. 1840-cı ildə baş vermiş zəlzələ nəticəsində kənd dağılmışdır. Kəndin sağ qalmış əhalisi köçüb Yeni Axura kəndini salmışdır. İlk dəfə Urartu mənbələrində (e.ə. VIII əsr) Akuriayni kimi qeyd edilmişdir. Qədim Akuri kəndi "Kitabi - Dədə Qorqud" dastanında Arquri kimidir. XVII əsrin əvvəllərində kəndin adı Arquri yazılmışdır. XIX əsrdə Tiflis quberniyasında Akori, Akurtis, Akuri Naxçıvandakı mənbəyini Keçəltəpə dağından alan Axurçay, Qusar rayonundakı Axurçay və s. toponimlərlə mənşəcə eynidir.
İsa Musayev