19.10.2024, 02:27
AZ EN
12.10.2023, 17:12 221

Qərbi Azərbaycanın Ləlvar kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Toponim ləl və "möhkəmləndirilmiş kənd, qala, bənd" mənasında işlənən var sözündən əmələ gəlmişdir.

Ləlvər-XIX əsrə aid ədəbiyyatda həm də Ləlpər kimi ifadə olunub. 1978-ci ildə kənd ermənicə Debetavan adlandırılmışdır. Buraya Ağalıq da deyirdilər. XX əsrin 30-cu illərində Lambəli ilə birləşmişdir. Ləlvər dağının adındandır. Əsli Ləlpar. Ləlvər dağının yamacında XIX əsrin birinci yarısında mis mədəni vardı. Orada mis qədimdən çıxarılırdı. Günəş işığında mis filizi parıldadığına görə azərbaycan dilində "ləl" (ləl kimi parıldayan mənasında) və "par" (parıldayan) sözlərindən ibarətdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər