22.11.2024, 00:25
AZ EN
17.04.2023, 18:16 255

Qərbi Azərbaycan, Nikolayevka kəndi

QƏRBİ AZƏRBAYCAN

Qırxbulaq mahalının Ellər rayon mərkəzindən 13 km şimal-şərqdə, Kotan dağı ətəyində, İrəvan-Yelenovka avtomobil yolu üstündə olan kənddə ancaq ruslar yaşamışlar. "Zaqafqaziya dairəsi kəndlilərinin iqtisadi vəziyyətinə dair materiallar" toplusundan (1886) məlum olur ki, əslində bu kənd 1870-ci ildə Yelizavetpol quberniyasının Qazax qəzasının Muxaylovka kəndindən köçüb gələn 20 rus ailəsi tərəfindən salınmışdır. Həm də onlar İrəvan qəzasında məskunlaşmış ilk ruslar olmuşlar. 1880-ci illərdə kəndə köçən ermənilər rusları sıxışdırıb çıxarmış, qısa vaxtda onların ümumi sayını təxminən üç dəfə azaltmışlar. Sonralar kənddə ermənilər artaraq ruslar üzərində mütləq üstünlük təşkil etmiş, kəndin Novonikolayevka adı sadəcə Nikolayevka kimi rəsmiləşdirilmişdir. 1948-ci il iyunun 21-də kəndin adı dəyişdirilərək Crabert qoyulmuşdur.

İsa Musayev

Oxşar xəbərlər