Şörəyel mahalının tərkibində olan Mağaracıq kəndi rayon mərkəzindən 9 km məsafədə yerləşirdi. Tədqiqatçılar qeyd edirlər ki, Şörəyel mahalının tərkib hissəsi kimi, indiki Amasiya (Hamasa) rayonu vaxtilə Şərqi Anadoluya aid olub. Bu ərazilər Qars (Kars) vilayətinin tərkibinə daxil idi. 1877-1878-ci illərdə Rusiya tərəfindən işğal edilmiş, Tiflis quberniyasının Qars qəzasının Ağbaba nahiyəsi tərkibinə qatılmışdır. Sovet hakimiyyəti illərində 1930-cu ilə kimi Gümrü qəzasının Ağbaba nahiyəsi adlandırılmışdır. Daha sonralar adı dəyişdirilərək Amasiya rayonu olmuşdur. Yaşlı adamlar Amasiyaya Hamasa deyərdilər. Mağaracıq kəndində 1988-ci ilə qədər xeyli azərbaycanlı ailəsi yaşayırdı. Kənddə yaşayan əsas soylardan – Molla İsmayıllılar, Molla Məmmədlilər, Molla Hasanlılar, Hacı Salmanlılar, Kərbəlayı Söyünlülər, Xıləsgərlər və başqalarının adlarını çəkmək olar.
İsa MUSAYEV