25.11.2024, 07:15
AZ EN
07.09.2023, 17:50 263

Qərbi Azərbaycan, Ağkilsə kəndi

QƏRBİ AZƏRBAYCAN

Ağkilsə kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasının tabeliyində olmuşdur. Kənd Karvansara (İcevan) rayon mərkəzindən 30 km cənubda yerləşir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Cümhuriyyətin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulandan sonra Qazax qəzası ərazisinin 44,5 faizi, o cümlədən Azasu, Qardaş, Qılınc, Uzuntala və onlarla kənd Ermənistanın tərkibinə qatıldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilən torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.

İsa MUSAYEV

Oxşar xəbərlər