22.11.2024, 10:15
AZ EN
03.06.2023, 16:59 147

Basarkeçər rayonu, Nərimanlı kəndi

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunda yerləşən Nərimanlı kəndinin əvvəlki adı Hüseynquluağalı olmuşdur. Kəndin sakinləri olan adamların ulu babalarına istinadən dediyinə görə kəndin adı XIV əsrin axırı, XV əsrin əvvəllərindən 1988-ci ilin dekabrına qədər dəfələrlə dəyişdirilmişdir. Hüseynquluağalı 1387-1388-ci ildən 1926-cı ilə qədər, Nərimanlı isə həmin tarixdən 1988-ci ilin dekabrına kimi olmuşdur. Kəndin sonuncu adı olan Nərimanlı böyük partiya və dövlət xadimi Nəriman Nərimanovun adı ilə bağlıdır. Kənd düzənlik ərazidə, rayon mərkəzindən 9 km şərqdə yerləşir. 1916-cı ildə kənddə 1079 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin aprel ayında əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra kəndin sakinləri doğma yurdlarına qayıtmışdır. 1987-ci ildə kənddə 3000 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kəndin sakinləri Ermənistan hökuməti tərəfindən zorla deportasiya olunmuşdur.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR