03.07.2025, 09:55
AZ EN
02.07.2025, 16:51 223

Belə platformalar qadınların qərarvermə proseslərində daha fəal rol almasına şərait yaradacaq

XƏBƏRLƏR
  • "Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Həftəsi çərçivəsində keçirilən "Dayanıqlı və İqlim Dəyişikliyinə Davamlı Gələcəyin Qurulmasında Qadınların Rolunun Artırılması" mövzusunda ilk İƏT Qadınlar Forumu öz işinə başladı".

Bunu millət vəkili Ceyhun Məmmədov deyib.

O, bildirib ki, forum, qadınların regional və qlobal səviyyədə dayanıqlı inkişaf proseslərində iştirakının artırılması, iqlim dəyişikliklərinə qarşı mübarizədə onların potensialının səfərbər olunması baxımından xüsusi əhəmiyyət daşıyır:

"Azərbaycan bu kimi tədbirlərlə bölgədə qadınların səlahiyyətləndirilməsi, cəmiyyətin hər sahəsində onların iştirakının gücləndirilməsi istiqamətində nümunəvi mövqe sərgiləməyə davam edir.

İnanırıq ki, belə platformalar qadınların həm qərarvermə proseslərində, həm də iqlim siyasətinin formalaşdırılmasında daha fəal rol almasına şərait yaradacaq".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər