10.09.2025, 16:02
AZ EN
10.09.2025, 12:21 140

Füzuli və Xocavənddə yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar

XƏBƏRLƏR
  • Sentyabrın 9-da Füzuli rayonunun Əhmədalılar kəndinin və Xocavəndin Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalar nəticəsində yanğını müvafiq olaraq 1964-cü il təvəllüdlü Süleyman Məmmədovun və 2001-ci il təvəllüdlü Kənan Abdullayevin törətdikləri müəyyən olunub. Onların barəsində inzibati qanunvericiliyə uyğun 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib.

Hər iki hadisə nəticəsində 1 hektardan artıq ərazidə quru ot sahəsi yanıb.(AZƏRTAC)

Oxşar xəbərlər